“Mərkəzi və ya yerli idarəçilikdə vətəndaşlarla işin təməl prinsiplərindən biri vətəndaş mənmuniyyətidir deyilir. Əslində bu nəticədir. Bəzən insanlar sadəcə dinlənilmək və doğru yönəldilmək istəyirlər. Elektron xidmətlərin əksəriyyəti mərkəzləşmiş yaşam ərazilərində effektlidir. İdarəçilikdə yerli bələdiyyə, icra nümayəndəlikləri, yerli ictimai şuralar və ya nəzarətin hər hansı bir forması effektli olmadıqda məsələ mərkəzləşir”. Bu sözləri Vətəndaş Tədqiqat və inkişaf İctimai Birliyinin sədri Günel Səfərova QHT.az-a açıqlamasında bildirib.
İctimai xadim həmçinin vurğulayıb ki, biz qurumlar arası koordinasiyanı qurmaqda böyük yol qət edə bilmədik: “Bunun səbəbi hansı bölüşmə, paylaşma, birləşdirmə kimi feili seçməyimizdən asılı olmayaraq resursa bağlıdır”.
Pərvanə Fərhadqızı












