Bu gün Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin sertifikatlaşdırılması imtahanlarının növbəti mərhələsi keçiriləcəkdir. Bu barədə QHT Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova QHT.az-a məlumat verib.
Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi bu ilin sentyabr ayının 15-nə qədər 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakını “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv edib. Həmin müəllimlərin 20-24 iyunda keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur.
Pərvanə Fərhadqızı












