Gəncə şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təşəbbüslərin İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən “İqlim dəyişmələri həllərinin təşviqi” layihəsi çərçivəsində fəaliyyət göstərən işçi-ekspert qrupu tərəfdaş təşkilatlar və mütəxəssislərlə npvbəti görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşlərin məqsədi iqlim dəyişikliklərinə dair həllərin təşviqi istiqamətində müvafiq fəaliyyətlərin planlaşdırılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin effektivliyinin artırılmasıdır.
İştirakçılar arasında dövlət institutları nümayəndələri və sahə üzrə peşəkar ekspertlər və vətəndaş cəmiyyəti iştirak etmişdilər.












