Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və ATGTİ-nin birgə təşkilatçılığı ilə Qubada “Hüquq liderliyi düşərgəsi - 2025” mövzusunda üçgünlük təlim keçirilib.
QHT.az xəbər verir ki, təlimin 22 noyabr tarixində baş tutan panel sessiyalarından biri Hüquq və İnsan Haqları İnstitutunun hüquq tədqiqatçısı Araz Abdullasoyun “İnsan hüquqları və rəqəmsal resurslar” mövzusunda keçirdiyi təlimə həsr olunub. Sessiyada iştirakçılar insan hüquqlarının rəqəmsal platformalar üzərindən öyrənilməsi, qanunvericiliyə dair təkliflərin hazırlanması prosesləri ilə tanış olublar, eyni zamanda həm nəzəri, həm də praktiki biliklərini inkişaf etdiriblər. Təlim çərçivəsində interaktiv müzakirələr və qrup məşğələləri təşkil olunub.
Ümumilikdə, 80 tələbənin qatıldığı sessiya gənclərin hüquq sahəsində bilik və bacarıqlarını artırmaq, rəqəmsal resurslardan səmərəli istifadə imkanlarını genişləndirmək baxımından faydalı olub.












