Yeni araşdırmaya görə, səhər saatlarında təbii günəş işığına məruz qalmaq orqanizmin bioloji saatını tənzimləyərək gecə yuxusunun keyfiyyətini yaxşılaşdıra bilər. Alimlər bildirirlər ki, xüsusilə oyandıqdan sonra ilk 1–2 saat ərzində açıq havada 15–30 dəqiqə vaxt keçirmək melatonin hormonunun düzgün ifrazına kömək edir və axşam daha rahat yuxuya getməyə şərait yaradır.
QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqat müəlliflərinin sözlərinə görə, təbii işıq yalnız yuxuya deyil, həm də əhval-ruhiyyəyə, diqqətə və gün ərzində enerji səviyyəsinə müsbət təsir göstərir. Əksinə, gün işığının az olması və axşam saatlarında telefon və kompüter ekranlarına uzun müddət baxmaq bioloji ritmi poza bilər.
Mütəxəssislər qeyd edirlər ki, yuxu problemi yaşayan insanlar səhər qısa gəzintiləri gündəlik vərdişə çevirməklə yanaşı, axşam saatlarında parlaq ekranlardan istifadəni azaltmalıdırlar. Bununla belə, davamlı yuxu pozğunluğu olan şəxslərə həkimə müraciət etmək tövsiyə olunur.
Piranə Xasiyeva












