QHT.az xəbər verir ki, yanvarın 5-i  Kamçatka ərazisinin Ust-Kamçatski bələdiyyə rayonunda yerləşən Nerpiçye gölündə fövqəladə hadisə baş verib. Regional fövqəladə hallar idarəsinin rəisi Sergey Lebedevin sözlərinə görə, sahildən bir qədər aralıda qar arabası xizəklərlə birlikdə buzun içinə düşüb. Suda 11 nəfər - 10 böyük və 12 yaşlı uşaq olub. Xoşbəxtlikdən onlar özbaşına sudan çıxa biliblər. Zərərçəkənlərin köməyinə yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və könüllülər gəlib. Daha sonra onlar polis idarəsinin binasına aparılıb, insanların vəziyyəti qənaətbəxşdir, həyatları üçün təhlükə yoxdu