Aprel ayında mətbuat Berluskoninin sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini yazmışdı. Xəstəxanada siyasətçinin leykoz xəstəsi olduğu üzə çıxıb. Berluskoni bir aydan çox klinikada qalıb və mayın 19-da evə buraxılıb. İyunun 9-da yenidən xəstəxanaya yerləşdirilib.

QHT.az xəbər verir ki, Silvio Berluskoni müasir Avropanın ən parlaq siyasətçilərindən biri və Rusiya ilə yaxşı münasibətlərin tərəfdarı idi. Vladimir Putin onu “dünya səviyyəli siyasətçi, beynəlxalq arenada ölkəsinin maraqlarını müdafiə edən əsl lider” adlandırıb.

1961-ci ildə Milan Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Silvio Berluskoni tikinti şirkəti yaratdı və sonra öz biznesini fəal şəkildə genişləndirməyə başladı. Berluskoni bütöv bir biznes imperiyası yaratdı, burada müxtəlif profilli şirkətlər: qəzetlər, televiziya kanalları və hətta Milan futbol klubu var. 1977-ci ildə Berluskoni "Əməyə görə" ordeni alıb və o vaxtdan İtaliya mətbuatı ona "Cavaliere" ləqəbini verib.

1994-cü ildə Berluskoni siyasətə gəldi və dörd dəfə İtaliyanın baş naziri oldu. Onun son prezidentlik müddəti  2011-ci ildə başa çatıb. Berluskoni İtaliyanın baş naziri vəzifəsində ən uzun müddət qalma rekorduna sahib olub. O, İtaliyanın çətin iqtisadi vəziyyəti və bir sıra korrupsiya qalmaqalları fonunda istefa verib: o, dələduzluq, mafiya əlaqələri, rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Lakin bütün ittihamlardan yalnız biri sübuta yetirilib - 2012-ci ildə o, vergi cinayətlərində təqsirli bilinib.

 

Pərvanə Fərhadqızı