Mustafa Sarıgülün başçılıq etdiyi TDP 23 iyunda keçiriləcək növbədənkənar qurultayı ilə CHP-yə qatılacaq. Sarıgül iyunun 8-də verdiyi açıqlamada "TDP və CHP-nin birləşməsi bu gündən başlayıb" deyib.

QHT.az xəbər verir ki, Türkiyədə mayın 14-də keçirilən 28-ci Dönəm parlament seçkilərində CHP siyahılarından Ərzincan millət vəkili seçilən Mustafa Sarıgülün rəhbərlik etdiyi Türkiyə Dəyişiklik Partiyasının (TDP) CHP-yə üzvlüyü prosesi başlayıb. Sarıgülün partiyası TDP 23 İyun Cümə günü Ankarada növbədənkənar qurultay keçirəcək.

Növbədənkənar qurultayda partiya özünü ləğv edəcək və CHP-yə üzvlük prosesi başa çatacaq. Mustafa Sarıgül 28 May 28-ci Dövr parlament seçkilərində CHP Ərzincan millət vəkili namizədi olaraq irəli sürülüb.

Ərzincanda yüksək səs toplayan CHP-dən seçilən Sarıgül iyunun 8-də partiyasının CHP ilə birləşməyə qərar verdiyini açıqlamışdı.

Sarıgül, "TDP və CHP-nin birləşməsi bu gündən başladı. TDP bu gün məsuliyyəti üzərinə götürdü və Kılıçdaroğlunun yanında olmağa davam edəcək" dedi.

 

Pərvanə Fərhadqızı