Tələbələr yaxın gələcəkdə döyüşlər zonasında aktiv bərpa işlərinə cəlb olunacaq

QHT.az xəbər verir ki, Kreml müharibə zonasının bir hissəsi olan və bu yay potensial olaraq azad edilə bilən Mariupolun bərpasına minlərlə rus tələbəni göndərmək qərarına gəlib. Bunu Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova deyib. Onun sözlərinə görə, bu il 200 mindən çox rusiyalı tələbə qondarma “Rusiya Tələbə Dəstələri”nə (RSO) cəlb olunacaq və onların bir hissəsi Ukraynanın işğal olunmuş ərazilərinə göndəriləcək.

"Sizin sayənizdə Donetsk Xalq Respublikasındakı Saur-Mogila memorial kompleksi artıq bərpa olunub və bu yay Mariupol şəhərinin infrastrukturu bərpa olunacaq. Eyni zamanda tibb briqadaları humanitar missiyalarda iştirak ediblər. Bir ildir Şimali Osetiyada işləyirik və Luqansk Xalq Respublikasında səhiyyə sahəsində çalışaraq böyük töhfə veririk”, - Qolikova tələbələrə müraciət edib.

 

 

Pərvanə Fərhadqızı