Ankarada güclü leysan səbəbiylə müxtəlif nöqtələrdə daşqınlar yaşanarkən, nəqliyyat vasitələri gölə dönən yollarda irəliləməkdə çətinlik çəkib.

QHT.az xəbər verir ki, Ankarada təsirli olan güclü yağış səbəbindən yollar gölə çevrilib.

Paytaxtda yağıntılı hava günorta saatlarından təsirini göstərib. Şəhərin mərkəzində təsirli olan yağış mənfiliklərə səbəb olub. Küçə və prospektlər gölə çevrildikcə toplanan suyun dərinliyi 50 santimetrə qədər çatıb.

Maşınlar suyun içində hərəkət edə bilməyib.Keçiören mahalının Etlik məhəlləsində torpaq sürüşməsi nəticəsində binanın istinad divarı uçub. Dükan sahibləri sel təhlükəsinə qarşı iş yerlərinin qarşısında qum torbaları ilə tədbir görüblər.

 

Pərvanə Fərhadqızı