QHT Nigeriyada dul qadınlara və aztəminatlı şəxslərə dəstək proqramına başlayıb
QHT.az xarici mediaya istinadən bildirir ki, Nigeriyanın Anambra ştatında The Needy and Special People’s Initiatives qeyri-hökumət təşkilatı dul qadınların və aztəminatlı insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş yeni təşəbbüsə başlayıb.
Təşkilat Anambra ştatı üzrə koordinatorunu təqdim edib və proqram çərçivəsində ehtiyacı olan şəxslərin iqtisadi imkanlarının artırılması nəzərdə tutulub. Təşəbbüsün ümumi maliyyə həcminin 10 milyon Nigeriya nairası olduğu bildirilir.












