Qlobal səhiyyə üzrə ekspertlər hesab edirlər ki, qadın sağlamlığına ayrılan yeni maliyyə vəsaitləri yalnız mövcud proqramları genişləndirməklə kifayətlənməməli, səhiyyə sistemindəki parçalanmış yanaşmanın aradan qaldırılmasına da xidmət etməlidir. Melinda French Gates tərəfindən qadın sağlamlığının yaxşılaşdırılması üçün ayrılan 215 milyon ABŞ dolları bu sahəyə diqqətin artdığını göstərən mühüm addım kimi qiymətləndirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, qadın sağlamlığına yanaşma yalnız hamiləlik və doğuş dövrü ilə məhdudlaşmamalıdır. Psixi sağlamlıq, menopauza və digər uzun müddət diqqətdən kənarda qalan problemlərin də səhiyyə sistemində kompleks şəkildə nəzərə alınması qadınlara daha keyfiyyətli və davamlı tibbi xidmət göstərilməsi üçün vacib hesab olunur.

Piranə Xasiyeva