Smartfon və digər rəqəmsal cihazlardan uzun müddət istifadə təkcə psixoloji deyil, fiziki sağlamlığa da təsir göstərir.

QHT.az xarici mediaya istinadən bildirir ki,  smartfonu uzun müddət eyni formada tutmaq nəticəsində barmaqlarda qabarlar yarana, əzələ gücü zəifləyə, motor bacarıqları pisləşə və görmə problemləri meydana çıxa bilər. Bundan əlavə, uzun müddət ekrana baxmaq göz yorğunluğu və bulanıq görməyə səbəb ola bilir.

Ekspertlərin sözlərinə görə, ən ciddi problemlərdən biri “tech neck” (“texnoloji boyun”) adlandırılan vəziyyətdir. Telefona baxarkən başın davamlı şəkildə önə əyilməsi boyun fəqərələrinə əlavə yük yaradır. Bu vəziyyət zamanla onurğa disklərinin zədələnməsinə, oynaq və əzələlərin degenerasiyasına, hətta ağciyər tutumunun azalmasına səbəb ola bilər.