Bu gün təbiətin səsi əvvəlkindən daha aydın eşidilir. Quruyan çaylar, azalan su ehtiyatları, meşə yanğınları, əriməkdə olan buzlaqlar sanki dil açıb deyir ki, iqlim dəyişikləri artıq uzaq gələcəyin problemi deyil! İqlim təhlükəsizliyi isə təkcə tempraturun yüksəlməsinin qarşısını almaqla yekunlaşmır. O, eyni zamanda insanların sağlamlığını, su və ərzaq təminatını, meşələri, kənd təsərrüfatını və bütövlükdə həyatımızı qorumaq üçün insanlğıa bir xəbərdarlıqdır.

Yer kürəsinin iqlimi dəyişdikcə, təbiətdəki tarazlıqda pozulur. Uzunmüddətli quraqlıqlar su ehtiyatlarının tükənməsinə səbəb olmaqla, yüksək temperatura səbəb olur. Meşə yanğınlarının risqini artırır, güclü yağışlar və daşqınlar və sunamilər yaşayış məntəqələrinə, təsərrüfatlara zərər vura bilir. Bir anlığa 2011-ci oldə martın 11-də Yaponiyada baş vermiş Tohaki zəlzələsi və hündürlüyü 40 metrə çatan sunamini gözlərimiz önünüə gətirək.

Təbiətin dev gücü qarşısında insanlıq bu hadisədə yalnız seyriçi oldu.Xəzər dənizində baş verən dəyişiklər də region üçün ciddi ekoloji diqqət tələb edir. Son illər Azərbaycanda iqlim təhlükəsizliyi məsələlərinə xüsusi olaraq mühüm bir problem kimi yanaşılması hər kəsə məlumdur. BMT-nın İqlim Dəyişgənliyi Üzrə Çərçivə Konvesiyasının Tərəflər Konfransının 29-cu Sesiyasının ölkəmizdə keçirilməsi dediklərimizə bir subutdur. Su ehtiyatlarının səmərəli istifafadəsi, meşələrin və yaşıllıqların qorunması, torpaqların deqradasiyasının qarşısının alınması, tullantıların azadılması və təmiz və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi gələcək nəsillər üçün mühüm istiqamətlərdir.

Ancaq bütün bunların arxasında bir əsas məsələ dayanır: Təbi sərvətlərimizin əsası sayılan meşələrə yalnız ağaclar toplusu kimi baxmaq qyanlış baxışdır. Meşələr suyun, havanın, torpağın və canlı həyatın qoruyucusu olmaqla yanaşı iqlimin yaranmasında xüsusi yeri vardır. Bir ağacın böyüməsi üçün illərnən vaxt lazım olduğu halda onu məhv etməyə qısa bir zaman kəsiyi bəs edir.

Biz bütün təbii sərvətləri özümüzdən əvvəlki nəsillərdən ərmağan aldıq, gələcək nəsillərə də sağlam və yaşana bilən şəkildə ötürməliyik. Bu gün verilən hər bir qərar sabahın təbiətinə müsbət və yaxud mənfi tərəfdən təsir edir.

Çoxlu ağac əkmək, suya qənaət etmək, tullantıları düzgün idarə etmək, enerjidən səmərəli istifadə etmək bunların hər biri böyük dəyişiklərin kiçik başlanıcığıdır. Təbiət bizdən möcüzə istəmir. O, sadəcə ona vurduğumuz zərəri azaltmağımızı və onu qorumağımızı sanki bizdən tələb edir. Əgər biz bu gün təbiətin səsini eşitsək, sabah onun harayına asanlıqla çata bilərik. Çünki çox vaxt təbiətin səssizliyi, bəzən insanlıq üçün ən böyük fəlakətlərə səbəb olur. Gələcəyi qorumaq istəyiriksə, bu gündən təbiəti qorumalıyıq.

Çünki yer kürəsi bizə müqəddəs bir əmanətdir. Bu ilahi əmanəti qorumaq isə hər kəsin borcudur. Atmosfer, okeanlar, buzlaqlar, torpaq və canlı aləm bir-biri ilə əlaqəli nəhəng sistemdir. Bu sistemin bir hissəsində yaranan dəyişiklik digər hissələrə də təsir edir. Məhz buna görə bu gün iqlimşünaslıq yalnız alimlərin araşdırdığı elm sahəsi deyil. İqlim elmi insan həyatının təhlükəsizliyi, iqtisadiyyat kənd təsərrüfatı, su ehtiyatları və gələcək inkişafla birbaşa bağlı məsələyə çevrilib.

İqlümşünaslıq Metrologiyanın sahələrindən biri olaraq fiziki coğrafi şəraitin mürəkkəb komleksinin təsiri altında formalaşan, təbiət hadisələrini öyrənən bir elm sahəsi kimi bu gün çox aktualdır. İqlimşünaslığın digər sahələridə fərqli baxışdan bu prosesi davam etdirməklə məşğuldur. Son illər dünyada baş verən iqlim dəyişikləri, mütəxəssis müşahidələri, ciddi hadisələrin baş verdiyini göstərir.

Metroloqların gəldiyi qənaətə görə 2014-2025-ci illər yer kürəsi tarixinin ən isti illəri olub. Qeyd olunan 11 il sadəcə bir stastistik göstərici deyil. Bütün bunları təbiətin insanlara bir xəbərdarlığı kimi qiymətləndirmək ən düzgün addım olardı. Amma bu dəyişiklik təkcə havanın əvvəlkindən daha çox isti olması ilə bağlı deyildir. Əslində, yer kürəsinin bütöv iqlim sistemi illər keçdikcə dəyişikliyə məruz qalır.

Atmosfer, okeanlar, buzlaqlar, torpaq və canlı aləm bir-biri ilə vahid orqanizm şəkilində bağlı olan nəhəng bir sistemdir. Bu sistemin bir hissəsində yaranan dəyişiklik digər hissələrə də təsir göstərir. Məhz buna görə bu gün iqlimşünaslıq yalnız alimlərin araşdırdığı elm sahəsi deyil.

Meterologiyanın sahəsi olaraq iqlim elmi artıq insan həyatının təhlükəsizliyi, iqtisadiyyat,kənd təsərrüfatı, su ehtiyatları və gələcək inkişafla birbaşa bağlı məsələyə çevrilib. İqlim dəyişikliyi artıq hər yerdə hissi olunur. Tempratur yüksəlir, quraqlıq dövrləri uzanır, yağış rejimi əvvəlki illərnən müqayisədə xeyli dəyişib. Buzlaqlar əridikcə dəniz və okeanların səviyyəsinin qalxması müşahidə olunur, nəticədə sahil bölgələri daha çox risk altına düşür. İnsan həyatı, sağlamlıq, ərzaq və su təhlükəsizliyi ilə bağlı digər çoxsaylı problemlər gündəmə gəlir.

Baş verməkdə davam edən riskləri azaltmaq, cəmiyyətləri dəyişiklərə uyğunlaşdırmaq və təbiətin imkan verdiyi çərçivədə dayanıqlı həyat tərzinə malik olmaq isə günün tələbidir. Təbiətin səsinə qulaq asmaq, əslində gələcəyimizi düşünməkdir. Təbiəti qorumaq isə gələcəyimizi qorumaqdır!

“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev