Alimlər 1972-ci ildən bəri sirr olaraq qalan nadir qan xüsusiyyətinin genetik səbəbini müəyyənləşdiriblər. Araşdırma nəticəsində AnWj adlı qan antigeninin MAL adlı genlə əlaqəli olduğu və bunun ayrıca qan qrupu sistemi kimi tanınmasına imkan verdiyi açıqlanıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, AnWj antigeni insanların böyük əksəriyyətində mövcuddur. Lakin çox az sayda insanda bu antigen olmur. Tədqiqatçılar həmin insanlarda MAL geninin xüsusi xüsusiyyət daşıdığını müəyyən ediblər.

Bu kəşf xüsusilə qan köçürülməsi zamanı əhəmiyyətlidir. Çünki çox nadir qan xüsusiyyətlərinə malik insanlara uyğun donor qanının tapılması çətin ola bilər. Yeni genetik məlumatlar gələcəkdə belə halların daha dəqiq müəyyənləşdirilməsinə və qan uyğunluğunun yaxşılaşdırılmasına kömək edə bilər.

Tədqiqat həmçinin göstərir ki, insan qanı ilə bağlı hələ tam öyrənilməmiş xüsusiyyətlər mövcuddur. Alimlər yeni məlumatların nadir qan qruplarının müəyyənləşdirilməsi və tibbi praktikada daha təhlükəsiz qan köçürülməsi üçün istifadə edilə biləcəyini düşünürlər.

Piranə Xasiyeva