Bakı Metropoliteninin Avtovağzal və Xocəsən stansiyalarında girişin müvəqqəti olaraq pulsuz edilməsi sərnişin axınının tənzimlənməsi məqsədi daşıyır. Məqsəd 20 Yanvar, Memar Əcəmi və digər yüklənən stansiyalarda sıxlığın azaldılması və sərnişinlərin Bənövşəyi xəttin bu iki stansiyasına yönləndirilməsidir.

Nəqliyyat eksperti Yasin Mustafayev QHT.az-a açıqlamasında bildirib ki, bu qərar sərnişinlər arasında həmin stansiyalardan istifadəyə maraq yaratmaq və metroda sərnişin axınını daha balanslı bölüşdürmək məqsədi daşıyır.

Ekspertin sözlərinə görə, 20 Yanvar, Memar Əcəmi və digər stansiyalarda yaranan sıxlığın azaldılması üçün sərnişin axınının Avtovağzal və Xocəsən stansiyalarına yönləndirilməsi nəzərdə tutulub.

"Avtovağzal və Xocəsən stansiyalarından girişin pulsuz olması insanların həmin stansiyalardan metroya daxil olmasına maraq yaradır. Beləliklə, sərnişinlərin 20 Yanvar və digər daha çox yüklənən stansiyalarda sıxlıq yaratmasının qarşısını almaq mümkündür", - deyə Yasin Mustafayev bildirib.

Ekspert qeyd edib ki, maddi güzəşt sərnişin axınının müəyyən qədər tənzimlənməsinə və müxtəlif stansiyalar arasında daha balanslı bölüşdürülməsinə imkan verir.

"Bu, müvəqqəti xarakter daşıyır. Hazırda bunun nə vaxta qəd'avam edəcəyi məlum deyil. Hər bir halda, məqsəd sıxlığı

Yanvar və digər daha çox yüklənən stansiyalarda sıxlıq yaratmasının qarşısını almaq mümkündür", - deyə Yasin Mustafayev bildirib.

Ekspert qeyd edib ki, maddi güzəşt sərnişin axınının müəyyən qədər tənzimlənməsinə və müxtəlif stansiyalar arasında daha balanslı bölüşdürülməsinə imkan verir.

"Bu, müvəqqəti xarakter daşıyır. Hazırda bunun nə vaxta qədər davam edəcəyi məlum deyil. Hər bir halda, məqsəd sıxlığı azaltmaq və sərnişin axınını tarazlaşdırmaqdır", - deyə ekspert əlavə edib.

 

Zəhra Ağayeva