ABŞ-da UTHealth Houston və Yale Universitetinin əməkdaşlığı ilə psixi sağlamlıq qiymətləndirmələrində psixiatr qruplarının nəticələrinə yaxın dəqiqlik göstərən süni intellekt sistemi hazırlanıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırma npj Mental Health Research jurnalında dərc olunub. Tədqiqatçıların sözlərinə görə, hazırlanmış model həm təhsil, həm də klinik mühitdə psixi sağlamlıq qiymətləndirmələrinin aparılmasında istifadə oluna bilər.
Tədqiqatın ilk həmmüəllifi, doktor Hammza Hamoudi bildirib ki, sistem bir xəstənin diaqnostik qiymətləndirilməsini demək olar ki, psixiatrlar komandasının əldə etdiyi nəticə ilə eyni dəqiqlikdə həyata keçirə bilir












