Uşaqların və yeniyetmələrin sosial mediadan istifadəsinə nəzarət son illərdə bir sıra ölkələrdə gündəmə gəlib. Valideynlər isə övladlarının telefonu həddindən artıq istifadə etməsinin qarşısını almaq üçün müxtəlif üsullara əl atırlar.
QHT.az xarici mediaya istinadən bildirir ki, valideynlik üzrə ekspertlərin uşaqların sosial media istifadəsini azaltmaqla bağlı tövsiyələri təqdim olunur. Məqaləyə görə, əsas məqsəd telefonu qəfil qadağan etməkdən çox, uşağın rəqəmsal vərdişlərini mərhələli şəkildə dəyişdirməkdir.












