Hüquqi və İnsan Haqları İnstitutu 18 yaşına çatmamış şəxslərin əməyindən istifadəyə dair mühüm məlumat yayıb.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 254-cü maddəsinə əsasən, 18 yaşdan aşağı işçilərin aşağıdakı hallarda çalışdırılması qəti şəkildə qadağandır:
-
Gecə vaxtı işlərə cəlb edilməsi
-
İstirahət və bayram günlərində işlətdirilməsi
-
Güzəştli iş vaxtından artıq – yəni normadan artıq işlədilməsi
-
Ezamiyyətə göndərilməsi
Mütəxəssislər bildirir ki, bu qadağalar uşaqların sağlamlığının qorunması, təhlükəsiz əmək mühitinin təmin edilməsi və uşaq əməyinin istismarının qarşısının alınması məqsədi daşıyır.
Qeyd edək ki, işəgötürən tərəfindən bu tələblərin pozulması inzibati məsuliyyət yaradır və uşaq əməyinin istismarı kimi qiymətləndirilir.












