23 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə “Qərbi Azərbaycanda Alban İrsi” mövzusunda seminar keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, tarixçilər, arxeoloqlar və QHT rəhbərləri iştirak ediblər.

Seminarda Qafqaz Albaniyasının tarixi-mədəni irsi, Qərbi Azərbaycanda yerləşən alban xristian abidələri, onların tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat verilib. UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, AMEA-nın aparıcı elmi işçisi, professor Məhəbbət Paşayeva mövzu ilə bağlı təqdimatla çıxış edib.

Tədbirdə, həmçinin alban irsinin qorunması, elmi əsaslarla araşdırılması və beynəlxalq müstəvidə tanıdılması məsələləri müzakirə olunub.

Seminar mövzu ətrafında geniş müzakirələr və sual-cavab sessiyası ilə başa çatıb.