Microsoft ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) səhmdar təklifləri ilə bağlı qaydalarda planlaşdırdığı dəyişikliklərə baxmayaraq, səhmdarların təkliflərinin səsverməyə çıxarılması üçün mövcud tələbləri daha bir il qoruyacaq.
QHT.az xarici mediaya istinadən bildirir ki, şirkət bu qərarı konservativ fəal Paul Chesser ilə əldə olunan razılaşma çərçivəsində qəbul edib. Razılaşmaya əsasən, Microsoft kiçik investorların, dini qrupların və həmkarlar ittifaqlarının səhmdar təklifləri prosesində iştirak imkanlarını növbəti il də saxlayacaq.
Chesser bildirib ki, bu addım kiçik və uzunmüddətli investorların şirkətin qərarlarında səslərini çatdırmasına imkan verə bilər.
Microsoft isə açıqlamasında bildirib ki, SEC-in qaydalara yenidən baxması fonunda səhmdarlara növbəti səsvermə dövrü üçün daha aydın və proqnozlaşdırılan proses yaratmaq məqsədilə mövcud tələblər bir il müddətinə qorunacaq.
Microsoft-un illik səhmdar toplantısı dekabrın 8-də keçiriləcək.
Zəhra Mansırova












