Demokratik Konqo Respublikasında (DRC) davam edən Ebola epidemiyasının 2014–2016-cı illərdə Qərbi Afrikada baş vermiş böyük epidemiyadan daha ölümcül ola biləcəyi bildirilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, bunu ÜST-nin Afrika üzrə regional direktoru doktor Mohamed Yakub Janabi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən “Devex Impact House” tədbirində deyib.

Janabinin sözlərinə görə, DRC-də Ebola epidemiyası artıq 3 700-dən çox insanın ölümünə səbəb olub, təsdiqlənmiş yoluxma hallarının sayı isə 8 000-ə yaxınlaşıb. Epidemiyanın ölkənin yeddi əyalətinə yayıldığı qeyd edilib.