İşarət dillərinin, eşitmə və nitq qabiliyyəti tam məhdud olan insanların hüquqlarının beynəlxalq səviyyədə tanınması istiqamətində atılan mühüm addımlardan biri BMT Baş Assambleyasının 2017-ci il 19 dekabr tarixində qəbul etdiyi qərardı. BMT Baş Assambleyasının 2017-ci il 19 dekabr qərarı ilə 23 sentyabr dünya ictimaiyyəti Beynəlxalq Jest Dilləri Gününü qeyd edir.
23 sentyabr yaranma tarixinin xüsusi bir mənası var. 1951-ci il sentyabrın 23-də Romada 25 ölkənin eşitmə qabiliyyəti pozulmuş şəxslər istiqamətində fəaliyyət göstərən təşkilatların nümayəndələrinin iştirakı ilə Ümumdünya Karlar Federasiyası (World Federation of the Deaf – WFD) yaradılıb. Məhz buna görə 23 sentyabr sonradan Beynəlxalq Jest Dilləri Günü üçün seçilib. Beynəlxalq Karlar Federasiyasının məlumatına görə, bütün dünyada 72 milyona yaxın eşitmə məhdudiyyətli insan var ki, onların 80 faizi inkişaf etməkdə olan ölkələrdədir. Ümumilikdə isə onlar 300 müxtəlif jest dilindən istifadə edirlər.

"Beynəlxalq işarət dilləri günü " ilə bağlı ölkəmizdə də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna mühüm müddəalar əlavə edilib. Respublikamızda 25 aprel 2025-ci il tarixində Azərbaycan işarət dilinin rəsmi taninması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev tərəfindən qanun imzalanib. Qanuna əsasən Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsmi tanınması nəzərdə tutulub.

"Azərbaycan işarət dili" anlayışı qanuna daxil edilməkdən əlavə ümumölkə televiziya kanallarının yayımladığı informasiya xarakterli proqramların Azərbaycan işarət dili tərcüməsi ilə müşaiyət olunması da nəzərdə tutulub. Bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyətin diqqətimi eşitmə və nitq qabiliyyəti tam məhdud olan insanların problemlərinə yönəltmək, işarət dillərinin əhəmiyyəti barədə məlumatlılığı artırmaq, bu dilin tanınmasına və onlardan istifadə edən insanların informasiya, təhsil, səhiyyə və digər sahələrə bərabər çıxış imkanlarının artırılmasına dair addımların atılmasından ibarətdir. Məhz bu səbəbdən hər il bu sentyabrın 23-dən 29-dək Beynəlxalq eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslərin həftəsi, Beynəlxalq Jest Dilləri Günü kimi qeyd olunur.

Bununla bağlı "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi tərəfindən jest dilinin tanınması, təbliği , eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslərlə ünsiyyət çətinliyinin aradan qaldırılması istiqamətində bir sıra təlimlər keçirilərək ictimaiyətin məlumatlandırılmasına dair addımlar atılmışdır.. Təlimlər ADA universiteti , ADU , BDU , ADPK ve digər təhsil mərkəzlərində davamlı olaraq keçirilmışdır.

Bundan əlavə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin həkim, mütəxəssis və texniklərinin iştirakı ilə tərəfimizdən jest dili təlimləri keçirilib. Təlimin məqsədi eşitmə məhdudiyyətli şəxslərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, əməkdaşlarla eşitmə məhdudiyyətli şəxslər arasında effektiv ünsiyyətinin qurulmasında ibarət olmuşdur.

Səssiz Dünya İB eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasına dair Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi-nin maliyyə dəstəyi ilə bir sıra layihələr icra edib.

"Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB -nin təşkilatçılıği ilə “Gəncliyin Qalası: Təhsil və sağlamlıq” “Jest Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması Üzrə Təşəbbüslər”, “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi, “Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının YUNESKO tərəfindən təsdiq olunmuş "Inklüziv Teatr" adlı bir çox layihələr icra edib.

"Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB-nin sədri Aidə Səfərova