Hökumətlər üçün maliyyələşmə prosesini sadələşdirmək məqsədilə müxtəlif donorların vəsaitlərinin bir fond çərçivəsində birləşdirilməsi təklif edilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu fikirləri müxtəlif xeyriyyə fondlarından və investorlardan pul toplayıb, həmin vəsaiti ölkələrdə analıq və körpə sağlamlığının yaxşılaşdırılmasına yönəldən beynəlxalq xeyriyyə fondu olan “The Beginnings Fund” fondunun baş icraçı direktoru Elis Kanqete BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən Devex Impact House tədbirində səsləndirib. O bildirib ki, fond hökumətlərin işini çətinləşdirmək deyil, əksinə, onları dəstəkləmək və maliyyələşməni asanlaşdırmaq məqsədi daşıyır.

Ötən il fəaliyyətə başlayan fond qarşısı alına bilən ana və yenidoğulmuş ölümlərinin, eləcə də ölü doğumların azaldılmasına dəstək verir. Fond beş il ərzində 525 milyon dollar toplamağı və Afrikanın 10 ölkəsinə dəstək göstərməyi hədəfləyir.

Fondun hazırda 18 investoru var. Onların arasında “Gates Foundation”, “Elma Foundation” və “Children's Investment Fund Foundation” kimi təşkilatlar yer alır.