Arktika buzlarında 40 min illik mikroorqanizmlər canlandırılıb

QHT.az xəbər verir ki, Kolorado Universitetinin alimləri Alyaskanın əbədi donmuş torpaqlarında təxminən 40.000 ildir donmuş halda qalan mikroorqanizmləri canlandırıblar. “Geofizika Tədqiqatları: Biogeosciences” jurnalında dərc olunan araşdırmaya görə, “Buz məzarlığı” adlanan ərazidən götürülmüş nümunələr qızdırıldıqdan sonra mikroblar yenidən fəaliyyətə başlayıb.

Alimlər bildirirlər ki, bu mikroorqanizmlər insanlara yoluxmasa da, karbon qazı və metan ifrazı ilə iqlim dəyişikliyini sürətləndirə bilər. Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, daimi donmuş torpaqlar qarayara və çiçək kimi qədim patogenləri də daşıya bilər.

 

R.İmanov