Apple ilk qatlanabilən smartfonu olan iPhone Duo modelini təqdim edib. ABŞ-da 1 999 dollar qiymətə satışa çıxarılacaq yeni cihazın təqdimatından sonra Samsung sosial şəbəkələrdə istehzalı paylaşımlarla rəqibinə cavab verib.
QHT.az xarici mediaya istinadən bildirir ki, şirkətin təqdimat tədbirində qatlanabilən iPhone Duo ilə yanaşı, iPhone 18 Pro seriyası, yeni Apple Watch, Apple Watch Ultra və AirPods 5 modelləri də nümayiş etdirilib.
İlk qatlanabilən iPhone-un ABŞ-dakı satış qiyməti 1 999 dollar, Türkiyədə isə başlanğıc qiyməti 229 min TL olaraq açıqlanıb. Cihaz ekranında qat izi olmayan konstruksiyası, keçid animasiyaları, ekran keyfiyyəti və texniki göstəriciləri ilə diqqət çəkib.
iPhone Duo dizayn baxımından Samsungun iki aydan az əvvəl təqdim etdiyi Galaxy Z Fold 8 modelinə bənzəyir. 1 899 dollar qiymətə satışa çıxarılan Galaxy Z Fold 8-də Google-un Gemini süni intellekt texnologiyasından istifadə olunur.
Apple-ın qatlanabilən telefonunu təqdim etməsindən sonra Samsung sosial media hesablarında müxtəlif paylaşımlarla yeni iPhone modelini hədəf alıb.












