Nepal avqustun sonunda baş verən dağıdıcı daşqın və sürüşmələrdən sonra beynəlxalq ictimaiyyətdən 5 milyard dollar yardım istəyir. Ölkə bu maliyyəni ilkin bərpa və yenidənqurma işlərinə yönəltməyi planlaşdırır.

QHT.az xarici mediaya istinadən bildirir ki, fəlakət nəticəsində 1 300-dən çox insanın öldüyü, 5 300-dən çox şəxsin isə itkin düşdüyü bildirilir. Daşqınlar yolları, körpüləri, yaşayış evlərini və hidroelektrik stansiyalarını dağıdıb.

Beynəlxalq QHT-lər də bölgədə yardım fəaliyyətlərini genişləndirir. Action Against Hunger Rasuva və Nuvakot bölgələrində təxminən 15 min nəfərə ərzaq, içməli su, gigiyena, sığınacaq, səhiyyə və psixoloji dəstək göstərməyi planlaşdırır.

Bundan başqa, BMT və humanitar tərəfdaşlar Nepal üçün 49,6 milyon dollarlıq təcili yardım çağırışı elan edərək 84 mindən çox zərərçəkənə çatmağı hədəfləyiblər.

Nepal hökuməti fəlakətin iqlim dəyişikliyi ilə əlaqəsini vurğulayaraq yardım məsələsini “iqlim ədaləti” çərçivəsində təqdim edir.