Beyin və Sinir Cərrahiyyəsi Bölməsinin dosenti, Dr. Burak Orhan Boran körpələrin kəllə sümüklərinin həyatın ilk aylarında olduqca yumşaq və elastik olduğunu bildirib.

O qeyd edib ki, körpənin uzun müddət eyni vəziyyətdə, xüsusilə də arxası üstə yatırılması kəllə quruluşunda yastılaşmaya səbəb ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, körpənin kəllə forması genetik xüsusiyyətlərdən də asılıdır

Dos. Dr. Boran körpələrin kəllə quruluşunun da bədənin digər hissələri kimi böyük ölçüdə genetik xüsusiyyətlərdən təsirləndiyini bildirib.

Onun sözlərinə görə, hər körpənin kəlləsinin tamamilə yuvarlaq olması vacib deyil. Ana və atanın kəllə quruluşu da körpənin kəllə formasına təsir göstərə bilər.

Lakin bəzi hallarda kəllə formasındakı dəyişiklikləri yalnız genetik xüsusiyyətlərlə izah etmək mümkün deyil. Bu səbəbdən xüsusilə kraniosinostoz, yəni kəllə sümüklərinin vaxtından əvvəl birləşməsi nəticəsində yaranan forma pozğunluğu baxımından diqqətli olmaq lazımdır.