Cem Yılmazın keçirdiyi infarktdan sonra sosial şəbəkələrdə qulaqcıqda diaqonal xətt şəklində görünən “Frank işarəsi”nin ürək-damar xəstəlikləri ilə əlaqəli ola biləcəyi barədə iddialar gündəmə gəlib.

QHT.az xarici mediaya istinadən bildirir ki, iddiaların yayılmasından sonra bir çox insan güzgüdə qulaqlarını yoxlamağa, şəkillər çəkərək yaxınlarına və hətta həkimlərinə göndərməyə başlayıb.

Lakin mütəxəssislərin diqqət çəkdiyi əsas məsələ qulaqcıqdakı xəttə baxaraq ürək-damar xəstəliyi barədə nəticə çıxarmamağın vacibliyidir. Ürək-damar riskini qiymətləndirmək üçün daha etibarlı üsullar mövcuddur.

Bunun üçün ilk növbədə qan təzyiqinin ölçülməsi, bel çevrəsinin yoxlanılması və həkim məsləhəti ilə xolesterin, qan şəkəri və digər qan analizlərinin qiymətləndirilməsi daha əhəmiyyətlidir.