Son illərin ən böyük sağlamlıq böhranını yaşayan İngiltərədə həkimə müraciət etmək demək olar ki, mümkünsüz hala gəlib.

QHT.az xəbər verir ki, Təcili Yardım xidmətlərindəki gecikmələr səbəbindən hər həftə 300-500 adamın həyatını itirdiyi açıqlansa da, xəstəxanalar 'vəziyyətiniz ölümcül deyilsə xəstəxanaya gəlməyin' xəbərdarlığını edir. Müalicənin çox çətin olduğu ölkədə qışda artan tələbatdan əsas soyuqdəymə dərmanları da tükənib. Hakimiyyət tənqid oxlarının hədəfindədir.

Koronavirus pandemiyası ilə mübarizədən sonra yorulan Britaniya Səhiyyə Sistemi, ölkəni əhatə edən Strep A halları və qismən qış mövsümü ilə bağlı qrip və koronavirus kimi xəstəliklərin artması səbəbindən iflas nöqtəsinə gəlib.

Sosial mediada yayılan görüntülərdə ölkədəki xəstəxanaların daşdığı, insanların saatlarla təcili yardım otaqlarında gözlədiyi, dayana bilməyən insanların yerdə uzandığı görünür.