ABŞ-ın Havay arxipelaqlarından olan Böyük Adanın cənubundakı Havay Vulkanları Milli Parkında yerləşən Kilauea vulkanı 1247 metr hündürlüklə fəaliyyətə başlayıb.

QHT.az xəbər verir ki, Havay Vulkan Rəsədxanasından (HVO) verilən açıqlamada püskürmənin vulkanın Halemaumau kraterində baş verdiyi bildirilib.

Bildirilib ki, aviasiya sənayesi üçün risk səviyyəsi narıncıdan qırmızıya yüksəlib.

Qeyd olunur ki, hazırda partlayış kraterlə məhdudlaşır və yaşayış məntəqələri üçün heç bir təhlükə yaratmır.