Cənubi Afrika Respublikasının şərqindəki Durban şəhəri və ətrafına təsir edən leysan yağışlar bəzi bölgələrdə daşqınlara səbəb olub.
QHT.az xəbər verir ki, SABC dövlət televiziyasının verdiyi məlumata görə, bu gün Durbanın Mayville bölgəsində güclü yağışlar səbəbindən 20-dən çox evi su basıb.
Cənubi Afrikanın Meteoroloji Xidməti xəbərdarlıq edib ki, 24 saat ərzində regionda bəzi yerlərdə hər kvadratmetrə düşən yağıntının miqdarı 50-80 millimetrə çata bilər.












