Azərbaycanda torpaq sahəsi kiçik olan fermerlərin çoxu düşünür ki, böyük əkin sahələri olsa daha çox qazanc əldə edə bilərlər. Lakin ölkəmizdəki uğurlu ev təsərrüfatlarının təcrübəsi göstərir ki, hətta kiçik ərazisi olan həyətyanı sahədən belə böyük gəlir götürmək mümkündür. Həyətyanı sahələr üçün hazırlanmış biznes modeli sübut edir ki, bunun üçün düzgün əkin strukturu seçmək və bazarın tələbatına uyğun məhsul yetişdirmək kifayət edir. Nümunə kimi 0,12 ha sahəsi olan ev təsərrüfatını nəzərdən keçirmək olar. Bu modelin alqoritmi ondan ibarətdir ki, intensiv texnologiyalara və yüksək gəlirli bitkilərə üstünlük verilməlidir. Modulun üstünlüyü ondan ibarətdir ki, ilkin sərmayə olaraq 800-1000 manat vəsait kifayət edir, növbəti investisiyalar üçün əldə olunmuş gəlirdən istifadə olunur.

 

Farm Economics 101: Being Small And Profitable - Holiday Home Times

0,12 ha sahəsi olan ərazi 3 bərabər parselə bölünür; 0,04 ha-da müxtəlif göyərtilər, 0,04 ha –da çiyələk əkilir  və 0,04 ha-da isə istixana salınır.

İlkin sərmayə toxum, şitil, gübrə alınması üçün sərf olunur, sonrakı mərhələdə göyərtilərdən alınan gəlirdən damla suvarma sistemi alınır və istixana qurulur. Təxmini hesablamalara görə göyərtidən 4-5 min AZN, çiyələkdən 10-12 min AZN, istixana tərəvəzləri və şitillikdən 8-10 min AZN gəlir əldə olunur ki, bu da il ərzində təxminən 22-27 min AZN toplam gəlir deməkdir.

12 sot sahəsi olan fermer üçün bu model həm sürətli gəlir gətirir, həm də bazarda rəqabət gücünü artırır. Kiçik torpağın böyük qazanc gətirməsi isə bir daha sübut edir ki, düzgün planlaşdırma uğurun açarıdır.

 

“İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyinin

mütəxəssisi Elman Əsədov