Yanvarın 26-da Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrikanın Qəzza zolağında mümkün soyqırımla bağlı İsrailə qarşı iddiası üzrə qabaqlayıcı tədbirlər haqqında qərarlarını elan edəcək. Bu barədə məhkəmənin saytında məlumat verilir.

QHT.az xəbər verir ki, Cənubi Afrika 29 dekabr 2023-cü ildə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması üzrə Konvensiyanın mümkün pozulması ilə bağlı İsrailə qarşı iddia qaldırıb. Sənəddə iddia edilir ki, İsrail hakimiyyətinin hərəkətləri soyqırım sayılır, çünki onlar Qəzzada fələstinliləri daha geniş Fələstin milli, irqi və etnik qrupunun bir hissəsi kimi məhv etmək məqsədi ilə həyata keçirilir. Cənubi Afrika tərəfi məhkəmədən Fələstin əhalisini soyqırım konvensiyasına uyğun olaraq hüquqlarının növbəti, ciddi və düzəlməz şəkildə pozulmasından qorumaq və İsrailin konvensiya üzrə öhdəliklərinə əməl etməsini təmin etmək üçün qabaqlayıcı tədbirlərin görülməsini xahiş edib.

 

Pərvanə Fərhadqızı