Nigeriyanın Cənub-Şərq regionunda fəaliyyət göstərən qeyri-kommersiya təşkilatlarının nümayəndələri terrorçuluğun maliyyələşdirilməsi riskləri ilə bağlı xüsusi təlimə cəlb olunub.
QHT.az xarici mediaya istinadla xəbər verir ki, təlim Nigeriyanın İqtisadi və Maliyyə Cinayətləri Komissiyası (EFCC) tərəfindən təşkil edilib.
Təlim zamanı QHT nümayəndələrinə terrorçuluğun maliyyələşdirilməsi üçün təşkilatların maliyyə sistemlərindən sui-istifadə edilməsinin qarşısının alınması yolları izah olunub. Eyni zamanda, təhlükəsizlik tədbirlərinin qanuni humanitar fəaliyyətlərə mane olmamasının vacibliyi vurğulanıb.












