Tunisdə yerli və beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarına qarşı təzyiqlər artmaqdadır.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, Human Rights Watch-un hesabatına görə, hakimiyyət QHT-lərin və onların əməkdaşlarının fəaliyyətini məhdudlaşdırmaq üçün cinayət təqibi, həbslər, maliyyə araşdırmaları, təşkilatların fəaliyyətinin dayandırılması və ləğv təhlükəsindən istifadə edir. Təşkilat bu vəziyyətin Tunis vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdırdığını bildirir.

Hesabatda qeyd olunur ki, xüsusilə insan hüquqları sahəsində çalışan təşkilatlar artan təzyiqlərlə üzləşirlər. Human Rights Watch Tunis hakimiyyətini QHT-lərin qanuni fəaliyyətinə hörmət etməyə və vətəndaş cəmiyyətinin müstəqilliyini qorumağa çağırır.