27 sentyabr 2020-ci il tarixi Azərbaycanın zəfər yürüşünün başlandığı gündür. Bu gündən başlayan və 44 gün davam edən əks hücum əməliyyatları nəticəsində 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqlar azad edildi. 44 gün Azərbaycan ordusu cəbhədə qəhramanlıq göstərdikcə, bütün Azərbaycan xalqı da arxa cəbhədə şücaət göstərirdi.
8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Vətən müharibəsinin ən həlledici məqamı idi.
Şuşanın azad edilməsindən iki gün sonra, 10 noyabr 2020-ci ildə isə Azərbaycan, Ermənistan və Rusiya liderləri üçtərəfli Bəyanat imzaladılar və hərbi əməliyyatlar dayandırıldı. Sənəd Azərbaycan Ordusunun döyüş meydanında yaratdığı yeni reallığın siyasi təsbitinə çevrildi, Ermənistan isə Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmağı öhdəsinə götürdü. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonu Azərbaycana qaytarıldı.
Bu gün bütün ölkədə olduğu kimi Füzuli rayonunda da qeyd edilir. İlk tədbir həddindən ağır döyüşlərin getdiyi və cəbhənin ilk yarıldığı yerdə, sonra isə Füzuli şəhərinin mərkəzində keçirildi. Keçirilən tədbirlərdə Şəhid ailələri, qazilər, Azərbaycan Respublikası Prezidentinin Xususi Nümayəndəliyinin məsul şəxslər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərə, veteranlara və bu zəfərin qazanılmasında əməyi olan hər bir şəxsə can sağlığı versin.
Düşünürəm ki, bu gün təkcə Anım günü deyil, bu gün həm də qürur günüdür.
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov












