Atmosfer havasının çirklənməsi müasir dövrün ən aktual problemlərindəndir. Təbii amillərnən hava çirklənmələri, təsadüfü hallarda baş verdiyindən, insan fəaliyyəti atmosfer çirklənmələrində əsas götürülür.
Bakı şəhərində restoran, kafe, dönərxana və digər iaşə obyeklərinin fəaliyyəti şəhərin iqtisadi və sosial həyatının mühüm hissəsidir. Lakin bu obyektərin fəaliyyəti zamanı ətraf mühütə, xüsusilə atmosfer havasına təsir edən amillər bəzən mənfi təsir göstərməkdədir.
İaşə obyeklərinin bacalarından çıxan tüstü, yağ buxarları və qoxular, düzgün quraşdırılmadğından texniki vəziyyəti qənaətbəxş olmayan havalandırma sistemləri ətraf ərazidə yaşayan insanlara narahatlıq yaradır və havanın keyfiyyətinə mənfi təsir göstərir.
Xüsusilə Bakı şəhərinin sıx yaşayış məhəllələrində belə xoşagəlməz hallara tez-tez rast gəlmək mümkündür. Bəzi iaşə obyektləri ətraf mühitin mühafizəsi ilə bağlı ekoloji öhdəliklərini sanki unudaraq atmosfer havasına atılan tullantıların idarə olunmasında ciddi ekoloji pozuntulara yol verirlər.
Bakı şəhərinin havasını qorumaq isə həm sahibkarın, həm vətandaşın, həm də aidiyyatı qurumların ümumi məsuliyyətidir. Atmosfer çirklənmələri müasir şəhərlərdə ekoloji tarazlığı pozan və insan sağlamlığına birbaşa təhükə yaradan ən ciddi problemlərdən biridir.
“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev












