“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığı qurbanı olan qadınlarla iş” layihəsi çərçivəsində 25 sentyabr 2026-cı il tarixində Mingəçevir şəhərində növbəti (sonuncu) maarifləndirici seminarı keçirib.

QHT.az xəbər verir ki, seminar Mingəçevir şəhəri Gənclər evində 40 nəfər qız və gənc qadınların iştirakı ilə keçirilib. Tədbirdə Gənclər evinin əməkdaşı Humay xanım iştirak etmişdir. O, öz çıxışında şəhər gəncləri ilə aparılan müxtəlif mövzulu işlərdən danışıb. Xüsusilə məhz bu tipli mövzuların gənclərin həyatından mühüm rol oynadığını xüsusilə qeyd edib.

Daha çonra layihə rəhbəri Nailə İsmayılova layihənin əsas məqsədi barəsində iştirakçılara ətraflı məlumat verərək bildirdi ki, münaqişəli ailələrin müəyyənləşdirilməsi, həmin ailələrdə yaşayan yeniyetmə qızlara və qadınlara qarşı məişət zorakılığının başvermə səbəblərinin, eləcə də bunun doğurduğu problemlərin araşdırılması olduğundan ilk növbədə münaqişəli ailələrdə yaşayan və məişət zorakılığının qurbanına çevrilmiş yeniyetmə qızlar və qadınlar arasında anonim fərdi müsahibələr və sorğular keçirilib.

Layihə rəhbərinin qed etdiyinə görə aparılan sorğu və fərdi müsahibələr zamanı münaqişəli ailələrin yaşadıqları icmalarda ictimai qınaqla üzləşib-üzləşmədikləri, məişət zorakılığı törədən şəxslərin aqressiv davranışlarının səbəbləri, onların ailə üzvlərinə, xüsusilə yeniyetmə qızlara və qadınlara münasibəti, eləcə də ailə qarşısında məsuliyyət hissinin səviyyəsi öyrənilir.

Diskusiya şəraitində keçirilən seminar zamanı layihə rəhbəri Nailə İsmayılova və layihə üzrə hüquqşünas Fariz Əkbərov qadınların soxsaylı sualların cavablandırıblar. Diskusiya bitdikdən sonra hüquqşünas fərdi müraciətləri dinləyib və məişət zorakılığına məruz qalmış gənc qadınlara öz hüquqları haqqında tövsiyələrini verib.

Seminar boyunca suallarla müraciət edən iştirakçılar arasında məişət zorakılığı olan qadınlar arasında çox duyğulu anlar yaşanıb.

Seminar zamanı layihə iştirakçılarına bukletlər və qeydiyyat aparmaq üçün dəftərxana ləvazimatları paylanılıb. Sonda çay süfrəsi arxasında məişət zorakılığına məruz qalan qadınlarla fərdi və səmimi şəraitdə söhbətlər aparılıb və şəkillər çəkilib.

Beləliklə, layihənin Mingəçevir şəhərində keçirilən növbəti seminarı ilə maarifləndirici tədbirlərə yekun vurulub.