Bu gün Qubada 44 günlük Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Anım Günü tədbirləri keçirilib.
Şəhidlərimizin müqəddəs xatirəsi dərin ehtiram və hörmətlə yad edilib. Onların keçdiyi şərəfli yol, göstərdikləri qəhrəmanlıq və Vətən qarşısında fədakarlıqları bir daha xatırlanıb.
Bir şəhid anası olaraq deyirəm: Şəhidlərimizin adı bizim üçün əbədi əmanətdir. Onların ailələrinə göstərilən diqqət və qayğı, övladlarının adının yaşadılması bizim üçün ən böyük mənəvi dayaqdır.
Ruhunuz şad olsun, əziz şəhidlərimiz!
Sizin qəhrəmanlığınız Azərbaycan tarixində əbədi yaşayacaq.
Şəhidlər ölmür, Vətən onları yaşadır!
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova












