27 Sentyabr – Anım Günü ilə əlaqədar Quba Qala Resort restoranı və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub.
Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, VİQAS.MED rəhbəri Fidan Bağırova, məktəb direktorları Lalə Bədəlova və Sevil xanım, eləcə də şəhid ailələri iştirak ediblər.
Ehsan süfrəsində Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, onların ruhuna dualar oxunub.
Belə günlər bizə bir daha xatırladır ki, şəhidlərimizin adı, onların qəhrəmanlığı və Vətən qarşısındakı fədakarlıqları daim yaşadılmalıdır.
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB olaraq şəhid ailələrinə göstərilən diqqət və ehtirama görə tədbirdə iştirak edən hər kəsə, xüsusilə “Quba Qala resort restoranının rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Ən əsası Şakir Șakir Bagirov Abas hər zaman yanımızda olduğu ücün minnətdarıq.
Şəhidlər unudulmur, onların əziz xatirəsi daim qəlbimizdə yaşayır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova












