Botsvana Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vəzifəsinə erməni onkoloq, professor Gevorg Tamamyanın namizədliyini irəli sürüb. Tamamyan bu vəzifə uğrunda mübarizəyə qoşulan altıncı namizəd olub.
QHT.az xarici mediaya istinadən bildirir ki, Tamamyanın namizədliyi digər namizədlərdən fərqlənir. Belə ki, o, Ermənistan vətəndaşıdır, lakin namizədliyi Botsvana tərəfindən irəli sürülüb.
Tamamyan Yerevan Dövlət Tibb Universitetinin Uşaq Onkologiyası və Hematologiyası kafedrasının professoru və rəhbəridir. O, həmçinin onkologiya xəbərlərini işıqlandıran OncoDaily platformasının baş redaktorudur.
Onun namizədliyi ÜST-nin keçmiş direktoru María Neiranın da yarışa qoşulmasından sonra irəli sürülüb. Tamamyan ÜST-nin Avropa regionundan namizəd olan üçüncü şəxsdir. Digər namizədlər Hans Kluge, Hanan Mohammed Al-Kuwari, Hanan Balkhy və İndoneziyanın səhiyyə naziri Budi Gunadi Sadikindir.












