Son günlər Yerin maqnit sahəsi sakitliyini qoruyub.
QHT.az xəbər verir ki, avqustun 27-də geomaqnit vəziyyət sabit qalacaq. NOAA və BGS-nin proqnozlarına əsasən, avqustun 27-də Yer kürəsində geomaqnit şərait sabit olacaq. Gün ərzində Kp indeksinin maksimum dəyəri 3-dən yuxarı olmayacaq ki, bu da maqnit qasırğalarının gözlənilmədiyini göstərir.
Maqnit sahəsində yalnız cüzi və qısamüddətli dalğalanmalar mümkündür. Bu isə meteohəssas insanlar üçün narahatlıq doğurmur, sağlamlıqda ciddi dəyişikliklər proqnozlaşdırılmır.
R.İmanov












