İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev İslam maliyyə təşkilatlarında şəriətə uyğunluq nəzarətinin həyata keçirilməsi mexanizmləri barədə məlumat verib.
Onun sözlərinə görə, İslam maliyyə qurumları təqdim etdikləri məhsulların şəriət normalarına uyğunluğunu təmin etmək üçün müxtəlif alətlərdən istifadə edirlər:
-
Şəriət heyətləri: Maliyyə təşkilatlarının nəzdində formalaşdırılan bu heyətlər İslam ticarət hüququnu və İslam maliyyəsini bilən mütəxəssislərdən ibarət olur. Onlar müvafiq müəssisələrin müqavilələrini və rəsmi sənədlərini nəzərdən keçirərək şəriətə uyğunluqla bağlı rəy verirlər.
-
Tənzimləyici orqanların rolu: Mərkəzi Bank kimi qurumlar da öz nəzdində şəriət nəzarət qrupları yarada bilirlər. Bu qruplar bank və maliyyə sektorunda, o cümlədən qiymətli kağızlarla bağlı fəaliyyətlərin şəriət prinsiplərinə uyğunluğunu yoxlayaraq hüquqi rəy təqdim edirlər.
R. Atakişiyev bildirib ki, bu mexanizmlər İslam maliyyə sistemində şəffaflıq və etibarlılığın təmin olunmasına xidmət edir.
Pərvanə Fərhadqızı












