Mütəxəssislər turistlərə xəbərdarlıq edirlər: ehtiyatsız içilən su bütün səfəri məhv edə bilər.
QHT.az xəbər verir ki, keyfiyyətsiz su həm krandan, həm də təbii mənbələrdən gəlir və sağlamlıq üçün ciddi risk yaradır. Amerikalı Alison Çadvikin sözlərinə görə, Sloveniyadakı Bled gölündən su içən səyahət yoldaşı günlərlə xəstəlikdən əziyyət çəkib.
AXA Partners-in baş həkimi Kai Qlushak bildirir ki, bu risk xüsusilə gigiyena təminatının çətin olduğu ölkələrdə artır. Qlobal Xilasetmə təşkilatının sözçüsü Bill Makintayr isə əlavə edib: “Kran suyu bəzi ölkələrdə təhlükəsiz olsa da, digərlərində ciddi təhlükə yarada bilər.”
ÜST xatırladır ki, risk yalnız su ilə məhdudlaşmır – buz, təzə şirələr və kokteyllər də təhlükəli ola bilər.
R.İmanov












