Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə ekoloji məlumatlılığın artırılması, gənclərin ekoloji tarazlığın qorunması prosesindəki mövqeyi və öhdəlikləri, uyğun təşəbbüslərin formalaşdırılması, maarifləndirmənin fərdi və kollektiv metodları, ekoloji tarazlığı pozan amillər, onların qarşısının alınması üsulları və s. haqqında məlumatlar verilib. Gənclər mövzuya müxtəlif aspektlər fonunda münasibət bildiriblər.

“Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində təhsil alan, yaşayan və fəaliyyət göstərən gənclərin ekoloji tarazlığın qorunması və təşəbbüskarlığınn artırılması istiqamətində bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə növbəti mərhələdə daha çox şəxsin faydalanmasına zəmin yaradıb.