Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov piyada keçidində skuterin sürətlə hərəkət etməsi nəticəsində baş verən qəza və belə hallarda sürücülərin məsuliyyəti məsələsi haqda fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri açıqlayıb:

"Skuterlə piyada keçidindən sürətlə keçərkən baş verən bədbəxt hadisənin vidosu yayılıb. Məsələ belədir ki, burda sürücü onsuz da məsuliyyətə cəlb ediləcək, amma..

Hüseyn Cavid bağından Vergi Xidmətinə və əksinə piayda keçidi var. Ordan avtomobillərin keçməsi zülümdür. Adamlar düzülüb keçir.

Sürücü fürsət tapan kimi qaz pedalını sıxır. Hətta yolun o biri tərəfində hərəkətə başlayan piayda varsa belə keçmək olur. Həmin yerdən skuterlə keçmək olmaz. İdarə edən saxlayıb yanıda keçirməlidir.

Bu günlərdə özüm müşahidə etdim. Sürücülər fürsət tapıb qaz pedalın sıxan kimi hardansa skuter peyda oldu və qəzadan güclə yayındı. Bu halda sürücünün günahı nədir? Piyadanın hərəkət saatda 5 km-dir. Bu halda sürücü əyləc pedalını basıb dayana bilir. Amma saatda 30-40 km. hərəkət edən skuter olanda bu mümkün deyil".