"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova şəhid baş leytenant İsmət Şölət oğlu Hacıyevin ailəsinə edilən ziyarət haqqında paylaşım edib.
QHT.az həmin fikirləri təqdim edir:
"Məktəb-liseyimizin 9c sinif şagirdləri sinif rəhbəri Məlikova Aytən və məktəb psixoloqu Qəhrəmanova Natəvanın müşayiəti ilə şəhid baş leytenant İsmət Şölət oğlu Hacıyevin ailəsini evində ziyarət ediblər.
Ziyarət zamanı şəhidimizin əziz xatirəsi ehtiramla yad edilmiş, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq bir daha minnətdarlıqla xatırlanmışdır.
Şəhid ailələrinə diqqət və qayğı göstərmək, gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq hər birimizin mənəvi borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!"












