“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova Azərbaycan Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışına münasibət bildirib.
QHT.az həmin fikirləri təqdim edir:
"Çoxəsrlik Azərbaycan tarixinə qalib Müzəffər Ali Baş Komandan kimi daxil olmuş, bununla da Azərbaycan xalqını bütün dünyaya Qalib Xalq kimi təqdim etmək missiyasını yerinə yetirmiş möhtərəm Prezidenimiz İlham Əliyevin bu gün VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladaraq Azərbaycana mühazirə oxumaq istəyənlər güzgüdə ölkələrindəki vəziyyətə baxsınlar deməsi lap ürəyimizdən xəbər verdi.
Günü-gündən inkişaf edən, arrtıq dünya birliyində söz sahibi olan ölkələrdən birinə çevrilmiş Azərbaycana hansısa ölkələrin mühazirə vermək səlahiyyətləri yoxdur. Çoxəsrlik Azərbaycan tarixinin Heydər Əliyev epoxası və müstəqillik dövrünün İlham Əliyev erası xalqımıza və dövlətimizə şərəf, ləyaqət və intibah dövrləri yaşadıb.
Ona görə möhtərəm Prezidentimiz demişkən kimsə bizə dərs verə bilməz.












