9 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-sentyabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard 871 milyon manat vəsait ödənilib.
O cümlədən, 9 ayda:
pensiyalar üzrə 5 milyard 874 milyon manat,
müavinətlər üzrə 1 milyard 83 milyon manat,
təqaüdlər üzrə 609 milyon manat,
ünvanlı dövlət sosial yardımı üzrə 305 milyon manat
vəsait ödənişi həyata keçirilib.
Bu ilin yanvar-sentyabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 697 milyon manat (10 faiz) çox olub.












